Qarabağ separatçılarının keçmiş “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Xankəndi ilə Bakı arasında birbaşa dialoqun başlanmasının zəruriliyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
“Bundan sonra biz mövcud olan problemlərin müzakirəsi üçün ikinci mərhələyə keçəcəyik. Bu yolla getməsək, qarşılıqlı etimad olmasa, heç nəyə nail ola bilmərik.
Mən təcili danışıqların əleyhinə deyiləm, amma ilk növbədə bir-birimizə qarşılıqlı etimadın aşılanması üçün dialoq aparacağımız məqamlarla bağlı sənəd hazırlayıb, sonra isə başqa məsələlərə keçməliyik”, deyə o, “Azatutyun”un “Bazar günü analitik Hrayr Tamrazyanla” verilişində bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:49 / 03.07.2023
Qarabağdan müsbət cavab: Bakı ilə dialoqa başlamaq istəyirlər
Hazırda oxunan: Qarabağdan müsbət cavab: Bakı ilə dialoqa başlamaq istəyirlər
Hazırda oxunan: Qarabağdan müsbət cavab: Bakı ilə dialoqa başlamaq istəyirlər
144260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.