“Təəssüf ki, Suriyada böhran 10 ildir davam edir. Bunun əsas səbəbi Suriya xalqının qanuni haqlarının qulaqardına vurulmasıdır”.
Bizim.Media-nın məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada qətərli və rusiyalı həmkarları ilə birgə mətbuat konfransında belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Çavuşoğlu: “Qırğızıstandan Azərbaycana nəqliyyat dəhlizi yaradılmalıdır"
“10 ildir İŞİD, PKK kimi terror təşkilatları Suriyanı bölmək istəyir. PKK Suriyanın şimalında mülki əhalini hədəf alır. Görüşümüzdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəklədiyimizi bir daha vurğuladıq”,- deyə M.Çavuşoğlu qeyd edib.
Bizim.Media