“Ermənistan Azərbaycanla sülh sazişinə heç zaman sadiq qalmayacaq”- Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Ermənistan Azərbaycanla sülh sazişinə heç zaman sadiq qalmayacaq”- Rusiyalı politoloqdan SENSASİON AÇIQLAMA

143867

“Rəsmi İrəvanın Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı “qorxularını” ifadə edərkən nəyi nəzərdə tutduğu da bəlli deyil. Guya Qarabağ ermənilərinin hansısa hüquqları Azərbaycan tərəfindən tapdanacaq... Unutmayaq ki, Azərbaycan çoxmillətli ölkədir ki, burada  yaşayan bütün millətlərin nümayəndələrinə bərabər hüquqlar verilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya mətbuatına açıqlamasında “PolitRUS” portalının rəhbəri Vitali Arkov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan və Ermənistan danışıqlarında ən çətin məsələlər qalır”- ABŞ dövlət katibi


O bildirib ki, Ermənistan bu “seriyanı” kifayət qədər uzun müddət davam etdirəcək:

“İrəvan bu iddia ilə Qərbin nəzarəti vasitəsilə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının təmin edilməsi üçün beynəlxalq mexanizm yaratmağa çalışır. Amma gəlin Qərbin Kosovodakı serblərin təhlükəsizliyinə necə “zəmanət” verdiyini və bunun nə ilə nəticələndiyini xatırlayaq.

İrəvan hesab edir ki, Qərb Ermənistan-Azərbaycan prosesindəki vəziyyəti öz xeyrinə üstələməkdə ona hansısa yolla kömək edə bilər. Üstəlik, Paşinyan bu cür iddialarla özünü sığortalamaq istəyir”.

Siyasi ekspert qeyd edib ki, Ermənistan Qarabağ erməniləri üçün xüsusi status istəyir:

“Amma Azərbaycanda milli azlıqlar üçün xüsusi status yoxdur, hamı bərabər hüquq və azadlıqlara malikdir. Rəsmi Bakı dəfələrlə qeyd edib ki, Qarabağın erməni əhalisi gündəlik səviyyədə erməni dilində ünsiyyət qura, bu dildə təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya biləcək. Azərbaycanda rus sektorları olduğu kimi, ermənilərin sıx yaşadığı yerlərdə də erməni sektorlu məktəblər olacaq. Tədris prosesi iki dillərində aparıla bilər”.

Vitali Arkov onu da bildirib ki, ermənilərin durmadan artan iddiaları Ermənistan-Azərbaycan danışıqlarını çətin duruma salır:

“Daha doğrusu, İrəvan elə fikirlər irəli sürür ki, sonda Bakı ilə heç nə ilə razılaşmasın. Və bu məsələni öz məqsədləri üçün qızışdırsın. Bəli, erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası problemi var. Amma hər şey və o cümlədən də reinteqrasiya mümkündür. Axı əvvəllər  azərbaycanlılarla ermənilər bir yerdə yaşayırdılar.

Müəyyən dərəcədə Rusiyada da təmasda olurlar, qarşılıqlı əlaqələri var. Mən İrəvanla Bakı arasında sülh müqaviləsinin, ən azı onun hansısa variantında, bütün həssas məqamların sonradan razılaşdırılacağı bir razılaşmanın imzalanmasına inanıram. Amma mən İrəvanın sonradan öz öhdəliklərinə sadiq qalacağına inanmıram.
Çünki, Ermənistan baş nazirinin bu günə qədər imzaladığı bir çox sənədlər var ki, onlar icra edilsə  Azərbaycanla münasibətlər qısa zamanda normallaş bilər. Amma son 3 ildə heç bir normallaşma prosesi getmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin