Azərbaycanla Ermənistan arasındakı sülh sazişinə dair növbəti görüş Avropada olacaq - BLİNKEN

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasındakı sülh sazişinə dair növbəti görüş Avropada olacaq - BLİNKEN

143854

Avropa Birliyindəki həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşünə dair şərhində deyib.

“Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya da bir o qədər yaxınlaşacağıq. Əldə edilmiş tərəqqiyə görə hər iki tərəfə təşəkkür edirik. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”, - Blinken bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının 27-29 iyunda ABŞ-da apardıqları danışıqlarda əlavə məddələr üzrə razılaşma əldə edildiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin