“Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatların davam etdirməsi sülh səylərinə xələl gətirir”.
Bizim.Media xəbər verir ki, bunu 28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Ceyk Sallivanla görüşüb
Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Qeyd edək ki, görüşdə eyni zamanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Bizim.Media