Separatçılar Qarabağda YENİ TƏXRİBATA hazırlaşır

Hazırda oxunan: Separatçılar Qarabağda YENİ TƏXRİBATA hazırlaşır

143669

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı məsuliyyət zonasında yerləşən erməni separatçıları Ordumuza qarşı yeni təxribata hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Mənbə yazır ki, Qarabağda separatçıların fəallaşması Vaşinqtonda gedən sülh müqaviləsi üzrə danışıqlar prosesi ilə birbaşa bağlıdır.

Moskva qəti şəkildə Bakı ilə İrəvan arasında sülhün imzalanmasına, hətta Amerikanın dəstəyinə imkan vermək istəmir. 

Terrorçuların mövqelərinə silah-sursat və yanacaqların vaxtında çatdırılmasının qayğısına qalan məhz Rusiyadır. Rəsmi Moskva bununla separatçıları intihara səbəb olan hərəkətlərə sövq edir.

Həmçinin, separatçı rejimə Laçın yolunun girəcəyinə səfərlər edən və separatçılara dəstək verən Natali Luazo kimi satqın avropalı siyasətçilər də kömək edirlər. Qərb nəhayət düşünməlidir ki, bu siyasətçilər Kremlin gündəmi üzərində işləyirlər.

Bu arada separatçıların “parlamenti” Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparmaq üçün Vaşinqtonda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana müraciət edərək danışıqların dərhal dayandırılmasını tələb edib. 
Qeyd edək ki, iyunun 27-də saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutmuş, nəticədə hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralanmışdı. Ordumuzun gördüyü tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin