“Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident MN-in komando hərbi hissəsində Döyüş bayrağını təqdim ETDİ
“Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz”, - deyən dövlət başçısı bir daha bildirib ki, biz haqq-ədaləti tələb edirik.
Bizim.Media