"Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik".
Bizim.Media xəbər verir ki, bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident MN-in komando hərbi hissəsində Döyüş bayrağını təqdim ETDİ
İşğal dövründə “danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik” söylədiyini bildirən dövlət başçısı vurğulayıb:
“Əfsuslar olsun ki, bəziləri mənim sözlərimə laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, bu günə qədər özünə gələ bilmir”.
Bizim.Media