II Qarabağ savaşında məğlub olan və Azərbaycanda respublika yaratmaq xülyaları puça dönən ermənilərin beyninə “yeni ideya” gəlib. Bu dəfə onlar hədəf kimi Abxaziyanı seçiblər və burada muxtar respublika qurmaq arzusuna düşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə politoloq Ali Hacızadə Facebook səhifəsində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Ermənistanı hansı yollar birləşdirəcək? - XƏRİTƏ
O, yazısında Qarabağ ermənilərinin Abxaziyanın Qaqra vilayətinə köçürüldüyü barədə şayiələrin dolaşdığını bildirib.
Hətta gizli mənbələrin verdiyi məlumata görə, maliyyə cəhətdən çətinlik çəkən, tanınmamış muxtar respublikasına bunun müqabilində 25 milyon ABŞ dolları da təklif olunub. Bu maliyyəni isə erməni diaspor təşkilatları və əsasən Krasnodar və Stavropol diyarından olan kriminal avtoritetlər ayırmalı idilər.
Lakin politoloq işlərin heç də ermənilərin planladığı kimi getmədiyini bildirib:
“Bir neçə gün əvvəl Abxaziya "prezidenti"nin keçmiş köməkçisi olan Axra Avidzba Suxumidə tutulub. Maraqlıdır ki, Avidzba özü Soçi sakinidir və Soçinin erməni icması və bütövlükdə Krasnodar bölgəsi ilə sıx əlaqələrə malikdir.
Avidzba ermənilərin Abxaziyaya köçürülməsini açıq şəkildə dəstəkləyən yeganə abxaz məmuru idi. Lakin sonradan o, istefa verib. Şayiələrə görə, o, həm ermənilərin köçürülməsinin, həm də Abxaziyada Ermənistan muxtariyyətinin yaradılmasının qeyri-rəsmi kuratorudur. Ancaq görünür, bəzi qüvvələr ya erməni layihəsini bağlamağa və ya da yerli kuratoru dəyişdirməyə qərar verib”,- deyə politoloq yazıb.
Məsələ ilə bağlı internetdə apardığımız araşdırma sayəsində bir çox maraqlı faktlarla rastlaşdıq.
Əslində erməni separatçılarının bu iddiasının uzaq keçmişə söykəndiyini də demək olar.
Siyasi analizlərə nəzər salsaq, 90-cı illərdən Abxaziyada say baxımından ermənilər sürətlə artmağa başlayıb. Bundan başqa onlar dövlət strukturlarında mövqelərini möhkəmlədib, söz sahibinə çevriliblər.
Ermənilər abxaz-gürcü münaqişəsi zamanı abxazların yanında yer alıb, hətta bununla kifayətlənməyib bir neçə gürcünün qətlində də iştirak ediblər.
Hazırda ermənilər Abxaziyanı “Qara dəniz sahili Ermənistan”, özlərini isə oranın “köklü sakinləri” hesab edirlər. Tarixdə Ermənilərin Abxaziyada yerləşməsi Çar Rusiyasının, sonrakı dövrdə isə bolşeviklərin köməkliyi ilə olduğu göstərilit.
Belə ki, Çar Rusiyası erməniləri ora yerləşdirməklə uzun müddət Osmanlı imperiyasının idarəçiliyində olan abxazları nəzarətdə saxlayıb.
Ermənilər Gürcüstanın bu ərazilərinə Qafqaz müharibəsindən və 1866-cı ildə Abxaz üsyanından sonra yerləşdiyini bütün mənbələr təsdiqləsə də onlar 1900 il bundan əvvəl Abxaziyada yaşadıqlarını iddia edirlər Bu absurd fikirlər qondarma erməni tarixçisi Xaçatur Təhməz “Ermənilər Abxaz xalqının vətən müharibəsində” adlı əsərində qeyd edilib.
Beləliklə, Qarabağdan əlləri üzülən ermənilər Abxaziya vasitəsilə öz “qədimliklərini” sübut etmək və yeni ərazi ələ keçirmək istəyirlər.
Vüsalə Balayeva, Bizim.Media