Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurası Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə iclasın ilkin gündəliyində deyilir.
İyunun 26-da Lüksemburqda baş tutacaq görüşdə rəqəmsal diplomatiya məsələləri və Ukraynadakı vəziyyət də müzakirə predmeti olacaq.
İclasda Tunis, Azərbaycan və Ermənistan, həmçinin Belqrad və Priştina arasında dialoqa dair məlumatlar dinləniləcək.
Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Avropa İttifaqı-Latın Amerikası və Karib Hövzəsi Birliyinin (CELAC) 17-18 iyul 2023-cü il tarixində keçiriləcək sammiti ərəfəsində Avropa İttifaqı ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:11 / 22.06.2023
Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
Hazırda oxunan: Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
Hazırda oxunan: Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
142738
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.