"Laçın şəhəri işğal edildikdən sonra Azərbaycanın nəzarətinə verilənədək Ermənistan Respublikasının aidiyyəti dövlət orqanları və orada qanunsuz məskunlaşdırılmış erməni milliyyətindən olan şəxslər tərəfindən həmin şəhərdə yerləşən istismara yararlı vəziyyətdə olmuş 2020 fərdi yaşayış evindən 1511-i qəsdən tamamilə dağıdılıb, məhv edilib və istismara yararsız vəziyyətə salınıb".
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Laçın şəhərində keçirilən əməliyyat müşavirəsində deyib.
Qeyd olunub ki, Laçında 27 ümumi yaşayış binasından 19-u qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 8-nə isə müxtəlif həcmli zərər vurulub:
"Ümumilikdə 190 inzibati binadan 143-ü qəsdən tamamilə dağıdılaraq məhv edilməklə, istismara yararsız vəziyyətə salınmış, 47-nə isə müxtəlif həcmli zərər vurulub".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:11 / 22.06.2023
"Ermənilər Laçında 1511 evi tamamilə dağıdıb" - Kamran Əliyev
Hazırda oxunan: "Ermənilər Laçında 1511 evi tamamilə dağıdıb" - Kamran Əliyev
Hazırda oxunan: "Ermənilər Laçında 1511 evi tamamilə dağıdıb" - Kamran Əliyev
142695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.