Zaxarova: Laçında baş vermiş hadisə Ermənistan tərəfindən sərhədin delimitasiya olunmaması ilə bağlıdır

Hazırda oxunan: Zaxarova: Laçında baş vermiş hadisə Ermənistan tərəfindən sərhədin delimitasiya olunmaması ilə bağlıdır

142650

“İyunun 15-də Laçın dəhlizində baş vermiş hadisə Ermənistan tərəfindən Azərbaycanla sərhədin delimitasiya olunmaması problemi ilə bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. 

“Rusiya tərəfi dəfələrlə məsləhət yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səmərəli, əsaslı işə start verməyə çağırıb. Biz sərhədin bu hissəsində də sərhəd xəttinin müəyyənləşdirilməsində kömək etməyə hazırıq”, - deyə M.Zaxarova qeyd edib. 
M.Zaxarova İrəvanı üçtərəfli formatlarda işdən kənara çəkilməməyə çağırıb:

“Onların fəaliyyətində işin dayandırılması bölgədəki vəziyyətə mənfi təsir göstərir və eskalasiyaya səbəb olur”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin