“Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında çıxışında deyib.
Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma təcrübəsinə istinad edən nazir Ceyhun Bayramov, Ermənistan işğalından azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd edib.
Bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin verilməməsinin, habelə mina təhdidinin davam etdirilməsinin görülən işlərə hədə törətdiyi diqqətə çatdırılıb.
Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın mina təmizləmə sahəsində də Ukrayna üçün avadanlıq təmin etmək niyyətində olduğu bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:23 / 21.06.2023
Ceyhun Bayramov: Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək
Hazırda oxunan: Ceyhun Bayramov: Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək
Hazırda oxunan: Ceyhun Bayramov: Azərbaycan minatəmizləmə sahəsində Ukraynanı avadanlıqla təmin edəcək
142635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.