Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun iclası keçirilib - FOTO
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpa Konfransı ərəfəsində Kral III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib”, - deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, Ceyhun Bayramov Birləşmiş Krallıqda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edir.
Bizim.Media