Ermənistanda əsir saxlanılan hərbçimiz 20 il azadlıqdan məhrum EDİLDİ

Hazırda oxunan: Ermənistanda əsir saxlanılan hərbçimiz 20 il azadlıqdan məhrum EDİLDİ

142603

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Zəngəzur mil-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə" təqsirləndirilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.

Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin