Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Ceyhun Bayramov Şimali Makedoniyadan olan həmkarı ilə GÖRÜŞDÜ

142570

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın XİN rəhbəri “twitter“də yazıb.

Nazir qeyd edib ki, Bujar Osmani ilə səmərəli görüş baş tutub:

“ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani ilə Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində görüşdən məmnun oldum. Biz Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin gündəliyini, ATƏT çərçivəsində əməkdaşlığı, eləcə də regionumuzdakı münaqişədən sonrakı vəziyyəti müzakirə etdik”, - deyə Bayramov yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin