Mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində ümumilikdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib, 21190 km-dən artıq yol qar örtüyündən təmizlənib.
Bizim.Media xəbər verir ki, bu barədə MN-in məlumatında deyilir.
Bildirilib ki, sari ilin iyun ayı ərzində 55 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinin təmizlənməsinə, eləcə də yeni təminat yollarının çəkilməsinə yönəldiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:48 / 20.06.2023
Mürəkkəb relyefli ərazilərdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib - MN
Hazırda oxunan: Mürəkkəb relyefli ərazilərdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib - MN
Hazırda oxunan: Mürəkkəb relyefli ərazilərdə 1191 km-dən artıq yeni təminat yolları çəkilib - MN
142428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.