Naxçıvanla sərhəddə yerləşən Ermənistanın Arazdəyən qəsəbəsində tikilməkdə olan metallurgiya zavodun ərazisində bu gün Ermənistan və ABŞ bayraqları qaldırılıb.
Bizim.Media xəbər verir ki, erməni mətbuatı bununla bağlı görüntü yayıb.
Mənbə ermənilərin bundan qəzəbləndiyini gizlətməyib:
"Əgər azərbaycanlılar yuxarıda oturursa (dağın başında qurulan postu və dalğalanan Azərbaycan bayrağını nəzərdə tuturlar - red.), burada zavod tikməyin nə mənası var?”.
Qeyd edək ki, zavodun tikintisinə görə rəsmi Bakı narazılığını bildirib.
Bizim.Media