"Azərbaycan ordusu Xankəndinə və Əsgərana doğru irəliləyirdi, məcbur olub..." - Paşinyan 

Hazırda oxunan: "Azərbaycan ordusu Xankəndinə və Əsgərana doğru irəliləyirdi, məcbur olub..." - Paşinyan 

142343

"Üçtərəfli Bəyanat üzrə danışıqlar 2020-ci il noyabrın 6-da başlayıb".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında səsləndirib.

Onun sözlərinə görə, o, bəyanatı imzalamağa razılaşıb, lakin bu şərtlə ki, orada Şuşa və Ermənistan ərazisindən keçən dəhlizlə bağlı müddəalar olmasın. 

Bundan əlavə, Paşinyan o vaxt Azərbaycanın artıq işğaldan azad etdiyi Hadrut qəsəbəsinin müqabilində Ağdam rayonunu geri qaytarmağı Azərbaycana təklif edib.

Paşinyan xatırladıb ki, ona Xankəndidəki vəziyyətin acınacaqlı olduğunu deyiblər:

"Azərbaycan hərbçiləri Şuşanı azad edərək Şuşakənd kəndi vasitəsilə Xankəndinə və Əsgərana doğru hərəkət edərək erməniləri arxadan vuracaqdılar.

Tezliklə məlum oldu ki, Azərbaycan Ağdamın Hadrutla dəyişdirilməsi planını qəbul etmir. Nəticədə Ağdam və Şuşa haqqında mətnə ​​heç nə salınmayacağı haqda qərara gəldik.

Həmçinin hərbi əməliyyatların dayandırılmasını, 7 rayonun qaytarılmasını, Laçın dəhlizində və Qarabağda rus sülhməramlılarının yerləşdirilməsini müzakirə etdik. 

Gecə yarısına yaxın döyüş əməliyyatlarının intensivliyinin artması, eləcə də Xankəndi səmasında çoxlu sayda pilotsuz təyyarələrin olması barədə xəbərlər gəlməyə başladı. Mürəkkəb və uzun sürən müzakirələrdən noyabrın 9-da səhər sənədə imza atdım".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin