XİN diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb

Hazırda oxunan: XİN diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələrini açıqlayıb

142245

Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmətə qəbul müsabiqəsinin nəticələri və növbəti müsabiqəyə hazırlıq işləri barədə məlumat yayıb. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirliyin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə diplomatik xidmətə qəbul peşəkar meyarlar, bərabərlik və şəffaflıq prinsipləri əsasında mərkəzləşdirilmiş qaydada müsabiqə formatında həyata keçirilir. Bu məqsədlə, 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə iki əsas mərhələdən (yazılı imtahan və müsahibə) ibarət müsabiqə təşkil olunub. 

Müsabiqənin yazılı imtahan mərhələsi 23 yanvar 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib. Qeyd edilən imtahanda 460 nəfər iştirak edib.

Yazılı imtahanda namizədlərə qapalı və açıq tipli test tapşırıqları, həmçinin esse tapşırıqları (Azərbaycan dili və xarici dil blokunda) təqdim olunmuşdur. Namizədələr qarşısında qoyulmuş tələblərə uyğun olaraq ən yüksək nəticə göstərən ilk 100 iştirakçının müəyyən edilə bilməsi üçün yazılı imtahanın hər bir tərkib hissəsi (test, Azərbaycan dilində icra edilən esse və xarici dildə icra edilən esse) müstəqil və bərabər səviyyədə nəzərə alınıb. 

Müsabiqənin yekunlarına əsasən, 67 namizədin nəticələri müəyyən edilmiş şərtlər çərçivəsində qənaətbəxş hesab olunub və namizədlərin XİN-də vakansiyalara uyğun olaraq 
2 il müddətində XİN-ə işə qəbul ediləcəyi elan edilib. Hal-hazırda, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə keçmiş namizədlərin 90%-i artıq diplomatik xidmətə işə qəbul olunublar. Qarşıdakı aylar ərzində işə qəbul prosesinin yekunlaşması planlaşdırılır. 

Diplomatik xidmətə növbəti işə qəbul müsabiqəsinin təşkil edilməsi istiqamətində hazırlıq işləri artıq tamamlanıb və yaxın günlərdə bu barədə elan veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin