Avropa Şurası Bakı ilə İrəvan arasında danışıqların bərpası üçün əlindən gələni etməyə hazırdır

Hazırda oxunan: Avropa Şurası Bakı ilə İrəvan arasında danışıqların bərpası üçün əlindən gələni etməyə hazırdır

142243

“Avropa Şurası Azərbaycan və Ermənistan arasında danışıqların bərpası və qarşılıqlı inamın yaradılması üçün əlindən gələni etməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında süh yalnız iki ölkə liderinin danışıqları nəticəsində əldə oluna bilər: 

“Biz bu günədək iki ölkə arasında qarşılıqlı inam və dialoqun yaradılmasına səy göstərmişik. Bir neçə həftə bundan əvvəl yüksək səviyyəli nümayəndə heyətimiz Azərbaycanda səfərdə olub. Yaxın günlərdə nümayəndə heyətimiz Ermənistana da səfər edəcək. Lakin ən əhəmiyyətlisi iki ölkə arasında danışıqların bərpa olunmasıdır. Hər iki dövlətin lideri bir araya gəlib öz aralarında sülhə nail olmalıdırlar”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin