Azərbaycanın müxalifətçiləri arasında fikir ayrılıqları davam edir. Belə ki, Yeni Azərbaycan Partiyasına qoşulmaq üçün müraciət edən 6 siyasi partiyanın fəaliyyətini pisləyən Müsavat başqanı Arif Hacılı digər 50 partiyanı da atmacasına məruz qoyub.
Bizim.Media xəbər verir ki, canlı debatların birində Arif Hacılının fikrinə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, digər partiyaları təftiş etmək siyasi etikaya uyğun deyil.
MÖVZU İLƏ BAĞLI:
Cəmiyyətimizdə cəzasızlıq sindromu var – Partiya sədri
Tural Abbaslı hansısa partiyaların YAP-a meyilli, iqtidar yönümlü olub, olmaması barədə danışaraq gündəmə gəlməyi yanlış addım adlandırıb:
“Əgər kimlərsə müharibə dönəmində 52 partiyanın birgə bəyanatına söz atmağa çalışırsa bu, çox ucuz və ziyanlı metoddur. Qarabağ mövzusunda bizim üçün siyasət, iqtidar-müxalifət məsələsi ikinci plana keçdi. Nəticədə, birmənalı şəkildə Azərbaycan dövlətinin yanında olduq. Əgər yenə savaş başlayarsa dövlətdən gələn eyni təklifə müsbət cavab verəcəyik”.
Arif Hacılının fikirlərini köhnə təfəkkürün qalıqları adlandıran Ağ partiyanın sədri siyasi mədəniyyət və dialoqun əhəmiyyətindən danışıb.
Çünki iqtidar-müxalifət düşmənçiliyindən ən çox ziyanı xalq görür.
Bizim.Media