Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) Araşdırma Missiyası Orta Dəhliz üzrə logistika imkanlarını araşdırmaq məqsədilə ölkəmizdə səfərdədir.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya bildirilib ki, iyunun 16-da DGK-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Şərqi, Mərkəzi Asiya və Qafqaz Departamentinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin direktoru Gasavara Kenjinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov Azərbaycan gömrük xidmətinin təşəbbüsü ilə hazırlanan Orta Dəhliz boyu tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsinin əhəmiyyəti, Transxəzər Rəqəmsal Tranzit Portalının yaradılması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verilib.
Görüşdə Mərkəzi Asiya və Cənubi Qafqaz arasında Xəzər dənizi marşrutu üzrə logistika vəziyyəti təhlil edilib, əlaqəli ölkələrlə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Yekunda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:05 / 16.06.2023
DGK-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Hazırda oxunan: DGK-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Hazırda oxunan: DGK-də Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
141817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.