DTX-də Milli Qurtuluş Günü qeyd olunub - FOTO 

Hazırda oxunan: DTX-də Milli Qurtuluş Günü qeyd olunub - FOTO 

141642

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində 15 İyun - Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib. 

DTX-nin mətbuat xismətindən Bizim.Media-ya verilən xəbərə görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları iştirak edib. 



Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilib. 
Daha sonra “Bilgəh” İstirahət mərkəzinin tarixini əks etdirən foto-video materiallar, o cümlədən mərkəzin 1953-cü ildə fəaliyyətə başlaması, Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanının rəhbəri olduğu zaman birbaşa onun təşəbbüsü ilə 1968-ci ildə həmin mərkəzin keçmiş SSRİ Zaqafqaziya sərhəd dairəsinin balansından çıxarılaraq Azərbaycan təhlükəsizlik orqanına verilməsi, bu il istirahət mərkəzinin yaradılmasının 70 illiyinin qeyd olunması iştirakçıların diqqətinə çatdırılıb. 



Bu mərkəz, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş dahi rəhbər Heydər Əliyevin sevdiyi məkan olmuş, Ulu Öndər bu orqanlarda çalışarkən ailə üzvləri ilə birlikdə yay aylarında istirahətini burada keçirib. 
Qeyd edilib ki, hazırda genişmiqyaslı yenidənqurma işlərinin getdiyi mərkəzdə əməkdaşların və onların ailə üzvlərinin istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılmış, bu istiqamətdə lazımi işlər bundan sonra da davamlı şəkildə həyata keçiriləcəkdir. 
Tədbir mədəni proqramla davam etdirilib. 















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin