ŞUŞADA beynəlxalq konfrans işə başladı

Hazırda oxunan: ŞUŞADA beynəlxalq konfrans işə başladı

141547

“Heydər Əliyev İli” çərçivəsində iyunun 15-də Şuşa şəhərində Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunan “Qurtuluşdan Zəfərə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Bizim.Media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) birgə təşkilatçılığı ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının nümayəndələri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri digərləri iştirak edirlər.

Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qurtuluşdan Zəfərə” adlı film nümayiş olunub.

Konfrans çərçivəsində panel müzakirələr aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin