Regionumuz böyük dəyişikliklərin ASTANASINDA – Mühüm səfərlə bağlı Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Regionumuz böyük dəyişikliklərin ASTANASINDA – Mühüm səfərlə bağlı Tofiq Zülfüqarovun ŞƏRHİ

141419

Pakistanın Baş naziri Şahbaz Şərif 14-15 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki Azərbaycan Prezidentinin dəvəti ilə Pakistanın Baş naziri Şahbaz Şərif Bakıya rəsmi səfər edəcək. 

Pakistan liderinin İlham Əliyevlə görüşü də nəzərdə tutulub.

Rəsmi açıqlamada bildirilib ki, görüşdə iki ölkə arasında ticarət, enerji, investisiya sahəsində əməkdaşlıq qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər də müzakirə olunacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinin ertəsi günü dost ölkə olan Pakistanın liderinin Azərbaycana səfəri xeyli maraq doğurur. Ehtimal edilir ki, region çox böyük siyasi proseslərin astanasındadır. Və yəqin ki, qardaş və dost ölkələrin liderlərinin Azərbaycana ardıcıl səfərləri bu proseslərin səmtini müəyyən edəcək.

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik.

Sabiq nazir Bizim.Media-ya açıqlamasında bildirib ki,ö lkəmizin Türkiyə ilə olduğu kimi Pakistanla da yüksək səviyyəli münasibətləri var:

“Pakistan o dövlətlərdəndir ki, Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. Və iki ölkə arasında müxtəlif sahələr üzrə sıx əməkdaşlıq var.Təbii ki, liderlərin qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açır. Nəzərə alaq ki, müzakirə üçün çoxlu məsələlər var. İqtisadi-siyasi sahədən tutmuş hərbi və humanitar sahələrə qədər bir çox sahələr müzakirəyə açıqdır. 

Eləcə də bəzi məsələlərdə kordinasiya mövqeləri də müzakirə edilə bilər. Təbii ki, bölgədəki, vəziyyət, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq məsələlərinin müzakirəsi də maraqla gözlənilir.Yəni Pakistan kimi dost ölkə ilə müzakirə ediləsi çox məsələlər var. Təbii ki, Azərbaycanın regional təhlükəsizliyi də prioritetdir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin