Josep Borel: “Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq”

Hazırda oxunan: Josep Borel: “Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq”

141327

"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq". 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunuAvropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Avropa Parlamentində keçirilən dinləmə zamanı deyib. 

Borel qeyd edib ki, Aİ Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır:

“Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib. Aİ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin