“Hər cür dəstəyi vermək və Azərbaycanın güclü ordusunu daha da irəli apara bilmək üçün NATO standartlarında təlimlərimizi birlikdə davam etdirəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Bakıda jurnalistlərin suallarını cavablandıran zaman deyib.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov Türkiyənin yeni müdafiə naziri ilə GÖRÜŞDÜ - FOTO
Yaşar Gülər ölkəsinin Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlığın getdikcə daha da davam etdiriləcəyini bildirib:
“İndiyə qədər etdiyimiz kimi, “bir millət, iki dövlət” prinsipi çərçivəsində fəaliyyətimizi daha intensiv şəkildə həyata keçirərək azərbaycanlı qardaşlarımızla əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Azərbaycanlı qardaşlarımızla bundan sonra da bir ürək olmağa davam edəcəyik. Biz hər zaman Azərbaycanın yanındayıq”.
Azərbaycan ordusunun yenidən qurulması və Türkiyə Silahlı Qüvvələri ilə əməkdaşlıqla bağlı sualı cavablandıran Gülər bildirib ki, müdafiə naziri general Zakir Həsənov bu istiqamətdə mühüm nailiyyətlər əldə edib.
Bizim.Media