Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanımı Əminə Ərdoğanın şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ziyafət təşkil olunub.
Bizim.Media xəbər verir ki, mötəbər tədbirdə Xalq artisti Azərin çıxış edib.
Türk xalqları tərəfindən sevilən “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirən sənətçini Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ayaq üstə alqışlayıb.
Həmin anları isə Azərin sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media