Ermənistan İrana “Boeing 737” təyyarəsi satdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər

Hazırda oxunan: Ermənistan İrana “Boeing 737” təyyarəsi satdı – ABŞ İrəvana sanksiya tətbiq edə bilər

14110

“Fly Armenia Airways”-ə məxsus ''Boeing 737'' təyyarəsi bir həftə əvvəl İran üzərində müəmmalı şəkildə itkin düşüb və o vaxtdan bəri təyyarə barədə heç bir məlumat yoxdur.

“One Mile a Time” portalı isə təyyarənin “yoxa çıxması” ilə bağlı maraqlı faktlara yer verib. Portalın fikrincə, "fövqəladə vəziyyət" olduğu iddia edilsə də, bütün əlamətlər hadisəni İran hava yolu şirkətinin sanksiyalardan yan keçməklə Boeing 737 almaq üçün istifadə edib.

“Fly Armenia Airways” Ermənistanın İrəvan şəhərində yerləşən yeni hava yolu şirkətidir.

Aviaşirkət 2019-cu ildə qurulub və yalnız 2020-ci ildə hava operatoru sertifikatını alıb. Şirkətin tabeliyində 2 ədəd Boeng 737 tipli sərnişin təyyarəsi mövcuddur. Təyyarələrdən biri Ukraynanın “Yanair” şirkəti adına uçuşlar həyata keçirir. Digər təyyarə isə uzun müddət anbarda saxlanılıb.

Məlumatlara görə, “Fly Armenia Ariveys” şirkəti bu təyyarəni Litvanın şübhəli təyyarə icarə şirkəti olan “GetJet” - dən əldə edib.

Portalın məlumatına görə, bir müddət anbarda qaldıqdan sonra təyyarələrdən biri texniki xidmət keçmək üçün Ukraynaya uçmalı idi. 19 fevralda saxlandığı Estoniyanın Tallin şəhərindəki anbardan havaya qalxan təyyarənin texniki xidmət göstəriləcəyi Ukraynanın Hostomel şəhərinə enməsi planlaşdırılıb. 
 

Lakin naməlum səbəblərdən təyyarə bunun əvəzinə Bolqarıstanın Varna şəhərinə eniş edib. Bu məsələ xüsusilə qəribədir, çünki Ermənistanda qeydiyyatda olan təyyarələr Avropa İttifaqında qara siyahıya alınıb, bu səbəbdən təyyarənin ora uçmasına icazə verilməməli idi.


Ertəsi gün planlar yenidən dəyişib və Ukrayna əvəzinə təyyarənin texniki xidmət üçün Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinə uçmasına qərar verilib. Lakin təyyarə daha sonra İranın hava məkanı üzərində “yoxa çıxıb”.

Bəzi mənbələr hadisənin texniki problem olduğunu, digər mənbələr isə qaçırılma olduğunu qeyd edib. Nə baş verdiyinə dair isə dəqiq məlumat yoxdur.

Lakin əsas ehtimal ondan ibarətdir ki, bunların hamısı İran aviaşirkətinə təyyarə satmaq üçün icra edilən əməliyyatın tərkib hissəsidir. Portal eyni zamanda İranın “Caspian Airlines” aviaşirkətinin tezliklə Boeing 737 təyyarəsini təhvil verməyi planlaşdırdığı barədə xəbərlərə də diqqət çəkib.

Belə ki, İrana qarşı tətbiq olunan sanksiyalar səbəbi ilə İran aviaşirkətləri ABŞ istehsalı hissələrə malik olan heç bir təyyarə ala bilmir.

“Fly Armenia Airways” şirkətinin bu əməliyyat üçün sadəcə ötürücü rolu oynaması ilə bağlı şübhələrin olduğunu qeyd edən portal, gələn il İranın “Caspian Airlines” şirkətində 737-nin sirli bir şəkildə xidmətə girib girmədiyini görəcəyik, deyə qeyd edib.

Bu barədə ermənilərin özü də müxtəlif açıqlamalr veriblər.

Bizim.Media “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu beynəlxalq ekspert Suren Sarkisyan da təəcüblə qarşılayıb.

O, feysbuk səhifəsində yazıb:
 

“Təyyarə İrana naməlum şəraitdə ya verilib, ya da satılıb. İrana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsinə baxmayaraq, Ermənistanın aviasiya sahəsinin səlahiyyətli şəxslərinin bu təyyarəni qonşu dövlətə verməsi təəccüblüdür.


Bir neçə gün əvvəl həmin “Boeing-737” Ermənistana enməli idi, ancaq Tehrana eniş edib. Xatırladıram ki, ABŞ qanunvericiliyinə əsasən, ABŞ istehsalı olan malları İrana satan və ya verən istənilən şirkətə, yaxud dövlətə rəsmi Vaşinqton sanksiya tətbiq edə bilər”, - ekspert vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin