“Türkiyə kəşfiyyat sahəsində Azərbaycanla birgə addımlayacaq” – Türkiyəli polkovnikdən EKSKLÜZİV 

Hazırda oxunan: “Türkiyə kəşfiyyat sahəsində Azərbaycanla birgə addımlayacaq” – Türkiyəli polkovnikdən EKSKLÜZİV 

141051

“Türkiyədə keçirilən həm prezident, həm də millət vəkili seçkiləri Türkiyənin yeni dönəmi üçün başlanğıcı idi. Xüsusən yeni müdafiə naziri Yaşar Gülərin təyin edilməsi vacib məqam idi. Onun nazirlik postundan əvvəl daxili təhlükəsizlik əməliyyatları və transsərhəd əməliyyatlar üzrə təcrübəsi yeni siyasətlərin müəyyən edilməsində mühüm rol oynayacaq. Mövzuya Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində baxdığımızda isə əvvəlki münasibətlərlə yeniləri arasında ciddi bir fərqin olmayacağını deyə bilərik”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan Jandarma Qərargah polkovniki, hərbi ekspert Abdullah Cüneyt Küsmez deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK


Polkovnik bildirib ki, Türkiyə növbəti 5 ildə də Azərbaycanla birlikdə həm milli müdafiə sənayesi, həm birgə hərbi təlimlər, həm də birgə kəşfiyyat imkanlarını daha da inkişaf etdirəcək:

“Yeni layihələrlə Cənubi Qafqazda istiqrar üçün addımlar atılacaqdır. Burada diqqətçəkən bir məqam var ki, bu da, yeni dövrün Türkiyə prizmasından baxdığımızda, ölkəmizin Azərbaycanla birlikdə Cənubi Qafqazdakı müştərək və milli layihələr daha da anlamlı olacaq. Qafqazda yalnız qalan Ermənistanın Qərbdən tam dəstək ala bilməməsi Azərbaycanın haqlı mübarizəsi üçün təminatçı oldu. 

Ermənistan Azərbaycanla olan münasibətlərində Bakının da haqlı olduğunu qəbul etmiş oldu. Artıq iqtisadi baxımdan rəfaha qovuşmaq istəyən Ermənistan həm Türkiyənin, həm də Azərbaycanın istəklərini yerinə yetirəcək. Bu da Ermənistanın İranla olan dinamik münasibətlərinin tam əksi istiqamətdə formalaşması deməkdir. Türkiyənin yeni dönəmində Azərbaycanla münasibətlər Şuşa Bəyənnaməsinə görə daha da inkişaf edəcək”.

Polkovnik əlavə edib ki, Türkiyə əsasən kəşfiyat sahəsində Azərbaycanla birgə addımlayacaq. Bu da regionda Azərbaycana qarşı mənfi addımlar atan həm Ermənistan, həm də İrana qarşı xüsusi əhəmiyət kəsb edir:

“Hərbi baxımdan müxtəlif təlimlər davam etdiriləcək. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə-Azərbaycan birliyi fiziki baxımdan da güclənmiş olacaq. Daha nə kimi münasibətlərdə irəlləyiş ola bilər? Türkiyə müdafiə sənayesi sahəsində qalxdığı zirvəni bundan sonra Azərbaycanla birlikdə müştərək olaraq icra edə bilər. Həm milli təyyarə, həm milli tank, PUA texnologiyalarını bundan sonra müştərək olaraq istehsal edə, yarada bilərlər. 

Türkiyə Qafqazda öz kəşfiyyat imkanlarını Azərbaycanla birlikdə idarə və icra edə bilər. Qafqazda istiqrarı Ermənistanla paralel İranın da pozduğunu düşündüyümüzdə, buradakı müştərək addım olduqca önəmli olmuş olur.

Həm milli müdafiə sənayesi, həm birgə hərbi təlimlər, həm də birgə kəşfiyyat imkanları ilə paralel olaraq, yeni dəhlizin açılması ilə birgə iqtisadi addımlar atmaq da mümkün olacaq. 

Bundan sonra da Türkiyə xarici siyasətində atacağı bütün addımlarda həm qardaşı, həm də əsas tərəfdaşı olan Azərbaycanla birgə addımlayacaq”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin