Azərbaycanlı jurnalist erməni həmkarına: “Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıyıb” - VİDEO

Hazırda oxunan: Azərbaycanlı jurnalist erməni həmkarına: “Paşinyan ölkəmizin ərazi bütövlüyünü tanıyıb” - VİDEO

140911

“Azərbaycan daim humanitar şüarlarla çıxış edir. Mənim yadıma gəlmir ki, bizim ölkədən kimsə açıq şəkildə sülh müqaviləsinin imzalanmasına etiraz etsin, təəssüf ki, qonşularımızda bunu görmürük. Bu səbəbdən də Azərbaycanın Ermənistan tərəfinə inamı yoxdur. Əgər biz mütəmadi olaraq xəbərlərdə İrəvanda insanların sülhə etiraz etdiyini görürüksə, Ermənistandan gələn hər hansı təşəbbüsdən necə danışmaq olar?”.

Bizim.Media xəbər verir ki, bunu media.az xəbər portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalında Bakı-İrəvan telekörpüsü zamanı deyib.

O, Ermənistandan olan jurnalistin Azərbaycanın guya Laçın yolunu “bağlaması” ilə bağlı ittihamlarını da təkzib edib.

"Blokadada yolun hər iki tərəfdən bağlanması nəzərdə tutulur. Bu zaman həm Rusiya sülhməramlılarının, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınları Laçın yolundan sərbəst hərəkət edir. Hazırda ermənilər sərbəst şəkildə sərhəd-keçid məntəqəsindən keçirlər”, - C.Ələkbərova bildirib.

Erməni jurnalistin sülh müqaviləsi ilə bağlı açıqlamalarına münasibət bildirən Cəmilə Ələkbərova qeyd edib ki, həmin ölkənin baş naziri Nikol Paşinyanın fikrincə, Azərbaycanın təklif etdiyi beş bənd Ermənistan tərəfi üçün məqbuldur.
“Azərbaycan, Ermənistan və Rusiya liderlərinin son görüşündən əvvəl Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, - C.Ələkbərova vurğulayıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin