SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi

Hazırda oxunan: SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi

140659

“Dost Azərbaycanın növbəti dəfə dəstəyini görürük.  

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib. 

“Azərbaycan hər zaman Ukraynaya humanitar yardım göndərib. Hazırkı yardımla yanaşı, həmçinin SOCAR 20 ton yanacaq göndərilib ki, bu da xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulub”, - deyə diplomat qeyd edib. 
Qeyd edək ki, Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib.  

Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin