Milli Məclis daha iki sazişi ratifikasiya edib.
Bizim.Media xəbər verir ki, bu gün parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclasında aşağıdakı məsələlər müzakirə olunub.
- “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
- “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq ratifikasiya edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:54 / 09.06.2023
Milli Məclis daha iki sazişi ratifikasiya ETDİ
Hazırda oxunan: Milli Məclis daha iki sazişi ratifikasiya ETDİ
Hazırda oxunan: Milli Məclis daha iki sazişi ratifikasiya ETDİ
140559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.