Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Soçiyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinlə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə iki ölkənin qarşılıqlı münasibətlərinin Azərbaycan və Rusiya prezidentlərinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluqla vurğulanıb.
Qarşılıqlı ticarətin və sərmayələrin davamlı artması ikitərəfli münasibətlərin dinamik inkişafının əyani sübutu kimi qiymətləndirilib.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ayın sonunda Moskvada keçirilməsi planlaşdırılan növbəti iclasının əhəmiyyəti qeyd edilib.
Kənd təsərrüfatı sahəsində əməkdaşlığın yaxşı nəticələri vurğulanıb.
Nəqliyyat və logistika sektoru əməkdaşlığın mühüm istiqaməti kimi səciyyələndirilib. Bununla əlaqədar Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam gücü ilə fəaliyyətinin təmin edilməsi üçün birgə səylərin davam etdirilməsinə qarşılıqlı hazırlıq ifadə olunub.
Tərəflər sənaye sahəsində uğurlu əməkdaşlığın zəngin təcrübəsini qeyd etdilər, birgə istehsal istiqamətində işbirliyini müsbət qiymətləndiribər.
Hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının aktual məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılmasını də nəzərdən keçirdilbər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:26 / 08.06.2023
Baş nazir Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb - FOTO
Hazırda oxunan: Baş nazir Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb - FOTO
Hazırda oxunan: Baş nazir Soçidə Rusiya Hökumətinin sədri ilə görüşüb - FOTO
140481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.