Son günlər siyasi gündəmdə yeni bir xəbər dövriyyəyə buraxılıb. Əvvəlcə xəbər yayıldı ki, hamının səbrsizliklə gözlədiyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məhz Rusiyada baş tutacaq və 3 tərəfli formatda , yəni Rusiya prezidentinin də iştirakıyla nəzərdə tutulan bu görüş Sankt-Peterburq şəhərində keçiriləcək.. Rusiya mediasının yaydığı məlumatlara görə, görüş iyun ayının sonlarında planlaşdırılır.
Amma az sonra isə Rusiya XİN sözcüsü M. Zaxarova yayılan məlumatları təzkib etdi. O bildirdi ki, doğrudur, iyun ayında prezidentlərin görüşü gözlənilir, ancaq görüşün harada olacağıxa0
isə hələki sual altındadır.
Sual olunur, görüşün harada olması çoxmu önəmlidir ? Və hamının məhz Parisdə keçiriləcəyini gözlədiyi bu görüş indi nədən birdən-birə Sankt-Peterburqa istiqamətlənir ? Bu kimin istəyi və ya təşəbbüsü ilə gerçəkləşir ? Görüşün Qərb paytaxtlarının hər hansı birində deyil, məhz Rusiyanın köhnə paytaxtında keçirilməsi fikirinin müəllifi Vladimir Putindirmi ?
Fərq etməz , görüşün harada olmasından asılı olmayaraq Azərbaycan bu görüşdə ATƏT ”“ in üzvlərindən , xüsusən də Minsk üçlüyündən qətiyyətlilik gözləyir. Bu üçlükdə ən çox qətiyyətlilik göstərə biləcək ölkə isə məhz Rusiyadır.
Almaniya kansleri A. Merkel də İlham Əliyev ilə görüşündə münaqişənin açarının Rusiyada olduğunu dolayısı yolla etiraf etdi. Yəni Merkel özü demək istədi ki, "siz Qərbə çox da bel bağlamayın, o regionda həlledici söz sahibi Qərb yox , Rusiyadır".
Bəli, bütün proseslər də onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində açar ölkə məhz Rusiyadır və münaqişənin son nəticədə dalana dirənməsi və yaxud da Azərbaycanın haqlı mövqeyinə uyğun tərzdə çözülməsi də məhz V.Putinin hansı mövqe tutacağından, onun nə dərəcədə obyektivlik nümayiş etdirəcəyindən asılıdır.
Amma hər bir halda, Azərbaycan-Ermənistan-Rusiya liderlərinin gözlənilən görüş öncəsi istər Rusiyanın birinci şəxsi, istərsə də ermənilər də anlamalıdırlar kı, Azərbaycan prezidenti heç vaxt bir santimetr torpağı belə güzəştə getməyəcək.
Və bu görüşə ev sahibliyini könüllü və yaxud məqsədli şəkildə öz üzərinə götürən rəsmi Moskva özü də etiraf etməlidir ki, bəli, hər şey Rusiyadan, şəxsən Putinin iradəsindən asılıdır. Ona görə də Rusiya bu proseslərdə özünün məsuliyyətini dərk etməli və rəsmi İrəvana qarşı prinsipial mövqe tutmalıdır. Əgər Rusiya erməniləri güzəştə getməyə məcbur etməsə, onlar əvvəlki illərdə olduğu kimi yenə də status ”“ kvonun uzadılması ilə məşqul olacaqlar.
Bəlli məsələdir ki, Rusiya iyun görüşünə ev sahibliyi etmək məsələsində Qərb dövlətlərindən irəli düşmək üçün xüsusi fəallıq göstərməklə heç şübhəsiz ki, ilk növbədə məhz öz regional və geoplitik maraqlarını güdür. Deməli, hətta öz maraqlarını güddüyü halda belə, Rusiya bu münaqişənin məhz Azərbaycanı qane edən nəticələrlə çözülməsinə çalışmalıdır.
Rusiya hal-hazırda seçim qarşısında qalıb. O ya Azərbaycanı seçməlidir, yadaki əvvəl də olduğu kimi Ermənistana himayəçilik yolunu tutmalıdır. Amma bu iki ölkənin hər ikisi Rusiya üçün önəmli ölkələr sayılır. Odur ki, seçim etmək Rusiya üçün elə də asan deyil. Amma Rusiyanın başqa yolu yoxdur. Seçim etmək üçün zaman limiti artıq bitməkdədir. Və əgər Rusiya Azərbaycanı itirmək istəmirsə, onun seçimi Azərbaycandan yana olmalıdır. Çünki tərəzinin Azərbaycan gözü daha ağır gəlir. Azərbaycan daha cazibəli ölkədir Bu mənada Ermənistanı Azərbaycanla müqayisə etmək olmaz. Odur ki, Putin Sərkisyanı reallıq hissini itirməməyə çağırmalı və onu güzəştə getməyə sözün hər bir mənasında məcbur etməlidir.
Düzdür, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq Qarabağ problemində güzəştə getmək istənilən halda hakimiyyəti itirmək deməkdir. Ona görə də, məlum məsələdir ki, Sərkisyan könüllü olaraq konstruktivlik nümayiş etdirib güzəştə getməyəcək. Amma Putin onun cığallığına son qoya bilər və qoymalıdır.
Odur ki, indi sülh danışıqları müstəvisində son söz Rusiyanındır.xa0
Əks halda, Azərbaycan son sözünü 2-5 aprel savaşında olduğu kimi yenə də qaynar cəbhə müstəvisində deməli olacaq. Və bu dəfə həlledici Qələbə ilə!
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri































































































