Cəfər Hüseynzadə NATO PA-nın Baş katibi ilə nələri müzakirə ETDİ?

Hazırda oxunan: Cəfər Hüseynzadə NATO PA-nın Baş katibi ilə nələri müzakirə ETDİ?

140432

Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO Parlament Assambleyasının Baş katibi Ruxandra Popa ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında bildirib. 

"Görüşdə Azərbaycan Parlamenti və NATO Parlament Assambleyası arasında əməkdaşlıq, may ayında NATO PA-nın Lüksemburqda keçirilən yaz sessiyasında Azərbaycan Parlamentinin üzvlərini iştirakı, eyni zamanda, bu ilin payızında ATƏT PA-nın Danimarkada keçiriləcək illik payız sessiyası barədə danışdıq.
Biz, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Şərqlə Qərb arasında tranzit və əlaqələnmədə Azərbaycanın rolu, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - C.Hüseynzadə paylaşımında qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin