Zaxarova: “Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması bizim üçün prioritet olaraq qalır”

Hazırda oxunan: Zaxarova: “Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması bizim üçün prioritet olaraq qalır”

140319

“Azərbaycan və Ermənistanın mövqelərinin yaxınlaşması, dayanıqlı balanslaşdırılmış qərarların hazırlanması Moskva üçün həmişə prioritet olaraq qalır. Biz heç nəyi qabaqlamağa cəhd etmirik, nəzərdə tutulan plan üzrə hərəkət edirik, razılaşdırılmış bütün məsələləri həyata keçiririk. Gələcəkdə də məhz bu yanaşma üzrə, belə şəraitdə qarşılıqlı fəaliyyət göstərməyə hazırıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir” 


Zaxarova Ermənistan və Azərbaycan arasında normallaşma prosesini şərh edərkən deyib:

“Biz dəfələrlə bəyan etmişik ki, ölkələrimizin liderlərinin bəyanatları əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşması üzrə üçtərəfli formatda (Rusiya, Azərbaycan, Ermənistan) iş aparırıq. Biz hesab edirik ki, üçtərəfli danışıqlar kompleksi Rusiyaya qardaş olan iki xalq arasında barışıq prosesi üçün alternativi olmayan yol xəritəsidir”. 

Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib ki, bu prosesin öz istiqamətləri, formatları, danışıqlar prosesinə məxsus dinamikası var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin