Alman sədr: “Bakı ilə İrəvan arasında danışıqlar Aİ, Fransa və Almaniyanın iştirakı ilə davam etdiriləcək”

Hazırda oxunan: Alman sədr: “Bakı ilə İrəvan arasında danışıqlar Aİ, Fransa və Almaniyanın iştirakı ilə davam etdiriləcək”

140313

“Azərbaycan və Ermənistan arasında danışıqlar müxtəlif formatlarda, o cümlədən Avropa İttifaqı (Aİ), Fransa və Almaniyanın iştirakı ilə davam etdiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Almaniya Bundestaqının Xarici Əlaqələr Komissiyasının sədri Mixael Rot İrəvanda jurnalistlərə müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarova: “Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinin fəaliyyətinə marağını yüksək qiymətləndirir” 


“Yaxın vaxtlarda Vaşinqtonda gərgin danışıqlar aparılacaq. Bu danışıqlar Aİ, Fransa və Almaniyanın iştirakı ilə müxtəlif formatlarda davam edəcək”, - deyə Rot qeyd edib. 

Almaniya kansleri Olaf Şoltsun Kişinyovda bu yaxınlarda keçirilən beştərəfli görüşdə iştirakı ilə bağlı o bildirib ki, əsas oyunçu Avropa İttifaqıdır və bütün idarəetməni Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin rəhbərliyi ilə həyata keçirir:

“Biz, iki Avropa ölkəsi olaraq, sadəcə olaraq, Avropa İttifaqının bu böyük öhdəliyinin bir hissəsiyik və sülh prosesinə öz təvazökar töhfəmizi vermək istərdik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin