Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizin və xalqınızın inkişafı, rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qeyd edirəm. Sloveniya Azərbaycan tərəfdaşlığı qarşılıqlı fayda əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib.
Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülhün, sabitliyin və xalqların birgəyaşayışının möhkəmlənməsi istiqamətində səylərini daha da artıracaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:48 / 07.06.2023
Sloveniya Prezidenti İlham Əliyevə təbrik məktubu ÜNVANLAYIB
Hazırda oxunan: Sloveniya Prezidenti İlham Əliyevə təbrik məktubu ÜNVANLAYIB
Hazırda oxunan: Sloveniya Prezidenti İlham Əliyevə təbrik məktubu ÜNVANLAYIB
140298
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.