XİN başçısı: “ATƏT öz aktuallığını qorumaq üçün çevik və adaptiv olmalıdır”

Hazırda oxunan: XİN başçısı: “ATƏT öz aktuallığını qorumaq üçün çevik və adaptiv olmalıdır”

140290

“ATƏT öz aktuallığını qorumaq və sürətlə inkişaf edən mühitə uyğunlaşmaq üçün çevik və adaptiv olmalıdır. Yalnız birgə həll yolları nəticə verə bilər. Köhnə rəvayətlərə və fərziyyələrə sadiq qalmaq faydasızdır və sadəcə Təşkilatı geriyə sürükləyəcək. Bu, Təşkilatın daha yetkin və güclü olmasının yeganə yoludur. Kollektiv olaraq razılaşdırılmış sənədlərimiz və qərarlarımız çərçivəsində, Təşkilatımız daxilində və xaricində reallıqları nəzərə alan yaradıcı həllər tələb olunur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı səsləndirib. 

Onun sözlərinə görə, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası icra strukturlarının proqram fəaliyyətlərində öz əksini tapmalı olan hər üç ölçü üzrə balansın təmin olunmasını tələb edir.

“Buna görə də biz istifadə edilməmiş potensiala malik olan və bu çətin dövrlərdə parçalanmanı aradan qaldıra biləcək ikinci, iqtisadi və ekoloji əməkdaşlıq ölçüsünün, xüsusilə nəqliyyat və ticarətin asanlaşdırılması, iqlim dəyişikliyi və ətraf mühitin reabilitasiyası vasitəsilə əlaqələrin təşviqi kimi sahələr üzrə gücləndirilməsinin tərəfdarıyıq. Ancaq bu, digər, eyni dərəcədə vacib və bir-biri ilə əlaqəli ölçülər hesabına baş verməməlidir”, - deyə Ceyhun Bayramov vurğulayıb. 
O bildirib ki, Təşkilatın hərtərəfli təhlükəsizlik konsepsiyası və hazırlanmış alətləri münaqişə dövrünün bütün mərhələlərinə, o cümlədən münaqişədən sonrakı reabilitasiyaya bərabər diqqət yetirməyi tələb edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin