Aİ Azərbaycanla Ermənistan arasında sülhə nail olmağın yeganə yolunu AÇIQLADI

Hazırda oxunan: Aİ Azərbaycanla Ermənistan arasında sülhə nail olmağın yeganə yolunu AÇIQLADI

140271

Azərbaycan və Ermənistan liderləri arasında iyulun sonunda Brüsseldə keçiriləcək danışıqlarda irəliləyiş gözləyirik.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilir.

“Danışıqlar və dialoq Azərbaycan və Ermənistan arasında ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yoludur. Buna görə də, dialoqun davamlılığı və konkret nəticələri proses üçün mühüm əhəmiyyət kəsb edir. Biz Bakının Aİ-nin köməyi ilə iyulun 21-də keçiriləcək növbəti iclasda iştirakını alqışlayırıq. Bu görüşdə daha çox irəliləyiş əldə edilməlidir”, - bəyanatda bildirib.

Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycan və Ermənistanın mayın 14-də Brüsseldə Aİ-nin himayəsi altında sülh danışıqlarında iştirakının bərpasını alqışlayır və bu müddət ərzində hər iki tərəf bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığını təsdiqləyib:
“İyunun 1-də Kişinyovda Fransa və Almaniya liderlərinin iştirakı ilə keçirilən görüş onların prosesə sadiqliyini bir daha nümayiş etdirib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin