“Qarabağ erməniləri bizdən yox, öz əməllərindən QORXURLAR” – Hüquqşünasdan AÇIQLAMA

Hazırda oxunan: “Qarabağ erməniləri bizdən yox, öz əməllərindən QORXURLAR” – Hüquqşünasdan AÇIQLAMA

140259

“Qarabağda yaşayan ermənilər bizdən yox, öz əməllərindən qorxurlar. Çünki, onlar 30 minə yaxın soydaşımızın ölümünə, yüzlərlə maddi-mənəvi abidələrimizin dağılmasına və ən nəhayət 1 milyona yaxın azərbaycanlının öz dədə-baba ocağından didərgin düşmələrinə səbəb olublar. Amma ermənilər nahaq bu qədər qorxurlar. Biz bağışlamağı bacarırıq”.

Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin icraçı katibi Sahib Məmmədov sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropa ölkələrindən faşistlərlə əməkdaşlıq etmiş 15 milyon alman mənşəli əhali deportasiya edildi:

“Amma o insanların xeyli hissəsi həlak oldu. Təkcə Çexoslovakiyanın Sudet vilayətindən 3,5 milyon alman həyatını itirdi. Əlbəttə ki, bu antihumanist bir hərəkət idi. Onlara münasibətdə amnistiya tətbiq edilməli idi. Necə ki, Azərbaycan Prezidenti İlham Əliyev ermənilərə amnistiya anonsunu verib. Yəqin ki, soyqırım, müharibə və hərbi cinayətlər törədənlər istisna olmaqla, başqa digər cinayətləri törətmiş erməniləri bağışlamaq olar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin