Ceyhun Bayramov: “Azərbaycan müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır”

Hazırda oxunan: Ceyhun Bayramov: “Azərbaycan müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır”

140099

“Azərbaycan ATƏT də daxil olmaqla, müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz, eyni zamanda, ehtiyacları və prioritetləri əsasında ATƏT və onun təsisatları çərçivəsində əməkdaşlıqda maraqlıdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı bildirib. 

ATƏT regionunda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətindən söz açan nazir Helsinki Yekun Aktında təsbit edilmiş ATƏT iştirakçı dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətdən başlayaraq təşkilatın prinsipləri və öhdəliklərinin sülh və təhlükəsizliyin təməli olaraq qalmasının, coğrafi üstünlüklər və ikili standartlar olmadan bərabər və qeyd-şərtsiz tətbiq olunmasının əhəmiyyətindən bəhs edib. 
C.Bayramov, həmçinin ölkəmizin ATƏT çərçivəsində davamlı fəallığının regionda sülh, təhlükəsizlik və sabitliyə töhfə vermək öhdəliyimizin sübütu olduğunu bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin