Almaniyanın türkləri soyqırım törətməkdə ittiham edən qərarında gizli şifrələr

Hazırda oxunan: Almaniyanın türkləri soyqırım törətməkdə ittiham edən qərarında gizli şifrələr

139965
Almaniya soyqırım haqqında qərarı ilə Türkiyəni dünyada ilk soyqırım cinayəti törədən dövlət olaraq tanıtmaq istəyir

Bu sözləri 1-ci dünya müharibəsi və alman arxivləri üzrə mütəxəssis professor Mustafa Çolak söyləyib.

Alimin sözlərinə görə, qərarda “Almaniya Osmanlı ilə həmin vaxt müttəfiq olub və bu sürgünü, daha doğrusu, soyqırımın qarşısının almadığımız üçün təəssüf hissi keçiririk”x9d cümləsi Almaniyanın həmin dövrdə məsuliyyətdən qurtarma cəhdidir. Çünki həmin vaxt Osmanlı baş qərargah rəisi, 3-cü ordu komandiri və əməliyatlar idarəsinin rəisi alman komandirləri idi.

Hər üç komandir o vaxtkı qəzetlərə verdikləri müsahibələrdə “Rusiyaya kömək edən erməni dəstələri ilə mücadilə üçün onlaırn sürgün olunmasının vacib olduğunu”x9d söyləyirdi. Ermənilərin sürgün edilməsini planlayan və tətbiq edən də almanlardır.

Qərar mətnində bu qətliam 20-ci əsrin ilk qətliamıdır və sonra törədilən bənzər cinayətlərə presedent yaratmışdır”x9d sözünə diqqət edən türk alim almanların bununla “ilk soyqırımı türklər törədib, Hitler də bundan örnək götürüb”x9d demək istədiklərini bildirib.

Mətndə “ilk xristian xalq ermənilər”x9d vurğusu da var. Yəni Osmanlıya qarşı erməni üsyanları bir milli və ya etnik cəhətdən deyil, “xristian xalqlar üsyanı”x9d olaraq səciyyələndirilir ki, bununla Almaniya xristian aləmini də məsələyə daxil etmək istəyir.

Halbuki xritian ermənilərin kütləvi olaraq olduqları yerlərdən çıxarılmasını Osmanlı paşalarına təklif edən elə almanar özləri olublar.

Türk alimi qərarda "erməni soyqırımını qəbul edən türk tələbə və akademik təhsil alanlara təqaüd verilməli olduğu" cümləsinin məkrli bir plan olduğuna diqqət çəkib. Almanlar bu yolla türkləri döndərməyi və onlara rüşvət verməyi planlayırlar.(Musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin