Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, deputatlar Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər.
Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 10-da başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:15 / 06.06.2023
Azərbaycanlı deputatlar fransalı həmkarları ilə görüşəcək - SƏBƏB
Hazırda oxunan: Azərbaycanlı deputatlar fransalı həmkarları ilə görüşəcək - SƏBƏB
Hazırda oxunan: Azərbaycanlı deputatlar fransalı həmkarları ilə görüşəcək - SƏBƏB
139964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.