Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, birdəfəlik ödəmənin verilməsi üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsdən tələb edilmir.
Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya həmin şəxs tərəfindən təmin edilir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:05 / 05.06.2023
Bu şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydaları dəyişdi - Prezidentdən FƏRMAN
Hazırda oxunan: Bu şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydaları dəyişdi - Prezidentdən FƏRMAN
Hazırda oxunan: Bu şəxslərə birdəfəlik ödəmənin verilməsi qaydaları dəyişdi - Prezidentdən FƏRMAN
139868
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.