Ukraynanın nazir müşaviri: “Liderlərin görüş zamanı ingiliscə danışmaları dünyaya mesaj idi”

Hazırda oxunan: Ukraynanın nazir müşaviri: “Liderlərin görüş zamanı ingiliscə danışmaları dünyaya mesaj idi”

139794

Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev ötən həftə Kişineuda təşkil edilən sammitlə bağlı məsələyə, həmçinin Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə münasibət bildirib.  

Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki,  Azər Xudiyev açıqlamasında Prezidentlər - İlham Əliyev və Zelenski arasında baş tutan görüş Ukrayna və Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.  

Onun sözlərinə görə, bu görüş iki dövlət başçısının bir daha qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyünə sadiqliyinin təsdiqidir: 

“Bildiyimiz kimi, Kişineuda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna və Azərbaycan dövlət başçılarının görüşü baş tutdu. İki dövlət başçısı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ilk dəfə bir araya gəlirdilər. Bu mötəbər tədbirin əsas qayəsi Qərb ölkələrinin, ümumilikdə beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsindən ibarət idi.  

Həm də çağdaş dövrün diqtəsini nəzərə alaraq yeni ərazi iddialarının və təhdidlərin qarşısının alınması müzakirə predmeti olmuşdur. Bu konteksdən baxdıqda, hər iki dövlət işğal faktoruyla üz-üzədir və bu görüşlər iki dövlət başçısının bir daha qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyünə sadiqliyinin təsdiqidir”.

Nazir müşaviri qeyd edib ki, Kişineuda keçirilən tədbirin siyasi gündəliyində əsas məsələ Ukrayna ilə bağlı idi: 

“Təbii ki, sammitdə iştirakçı ölkələr bu ölkəyə yeni yardım paketlərinin formalaşdırılması üçün müzakirələr apardılar. Bildiyiniz kimi, Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu da beynəlxalq münasibətlər sistemində iki ölkə arasıda təşəkkül tapmış ən yüksək əlaqələrin səviyyəsidir. Bu baxımdan da, Azərbaycan regional ve geosiyasi vəziyyəti nəzərə alaraq, bu münaqişədə Ukraynaya yalnız böyük həcmdə humanitar yardımlarla kifayətlənməyə məcbur idi.

Diplomatiyada bəzən əhəmiyyətli mesajlar tək sözlərlə deyil, jestlərlə, mimik hərəkətlərlə və digər diplomatik protokola aid fəndlərlə çatdırılır. Bu xüsusda hər iki liderin görüş zamanı nümayişkaranə şəkildə məhz ingilis dilində danışmalarını dünyaya bir mesaj kimi qiymətləndirmək lazımdır”.  
  
Azərbaycanlı diplomat bildirib ki, artıq Rusiyanın aqressiv və toksik siyasəti dünyanın demokratik və proqressiv hissəsini hiddətə gətirərək, bu dövlətlə bağlı bütün səviyyələrdə əlaqələri kəsməyi zəruriyyətini ortaya qoyur:

“Bu sammit bir daha sübut etdi ki, Rusiya beynəlxalq aləmdə təklənir və heç kim “batan gəmiyə minmək istəmir”, hətta Rusiyanın müttəfiqləri belə...”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin