“YAP qurultayında qəbul olunan qərarlar çox düşündürücüdür” – Müxalif partiyanın rəhbəri

Hazırda oxunan: “YAP qurultayında qəbul olunan qərarlar çox düşündürücüdür” – Müxalif partiyanın rəhbəri

13964

"Yeni Azərbaycan Partiyasındakı dəyişikliyi izlədim və orada yeni yaradılan idarəçilik sistemi Türkiyədəki AK partini (Ədalət və İnkişaf partiyası) xatırlatdı".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

“Əli Həsənov və Ramiz Mehdiyev YAP-ın yaradılmasında iştirak etməyib” - Eynulla Fətullayev - FOTO


Deputat əlavə etdi ki, Türkiyənin hakim partiyasında da Siyasi Şura yoxdur, yalnız İdarə Heyəti vardır.

"Türkiyə boyda böyük dövlətin hakim partiyasının İdarə Heyəti təxminən 50 nəfərdən ibarətdir. Məncə, YAP da bir az daha çevik idarə sisteminə keçmiş oldu.

Digər tərəfdən Azərbaycanın bütün siyasi partiyalarında olan mexanizmdən YAP imtina etdi. Qurultayda qəbul olunan qərarlar çox düşündürücüdür.

Məsələ burasındadır ki, o biri partiyalar da hər kəsi yerləşdirmək, heç kəsi incik salmamaq naminə əlavə o qədər qurumlar yaradırlar ki..."

Millət vəkili bildirdi ki, YAP-ın eks Siyasi Şurasında icra başçılarından tutmuş, nazirlər və başqa tanınan insanlar var idi.

"Amma Siyasi Şuranın rolu nədən ibarət idi? Ona görə müəyyən alt, əlavə qurumlar yaradıldı ki, heç kəs narazı qalmasın. YAP-da Veteranlar Şurasının yaradılması da hamını yerləşdirmək məqsədi daşıyır. Məntiqlə doğru addımdır.

Buna bir məntiqi don da geyindirildi ki, onlar öz təcrübələrini gönclərlə bölüşsün. Mən özüm də partiya sədri olduğum üçün bilirəm ki, bu işdə canlarını qoyan, zəhmət çəkənlər olur. Buna görə də onları bir qərarla silib, atmaq olmaz".

Azərbaycanda siyasi mədəniyyətin hələ tam oturuşmadığını ifadə edən Razi Nurullayev dedi ki, fərdlər arasında düzgün rəqabət olsa hər kəs bilik və bacarığına görə irəli çəkilər.

"Amma onlar heç də deyə bilməz ki, YAP-da təmsil olunanların hamısı xalqın yanında olub...

YAP-da bəzi problemlər də vardı, bəzi insanlar korrupsiyaya bulaşmışdı, ümumi imicə zərbə vurmuşdular. Xalq onlara artıq inanmırdı.

Yəqin ki, belə suallar yaranır deyə YAP sədri İlham Əliyev bu dəyişikliklərə getdi",- deyə millət vəkili mövzuya münasibətini bitirdi.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin