Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyəni yeni XİN başçısı təyin olunan Hakan Fidanı təbrik edib.
Bizim.Media xəbər verir C. Bayramov bu barədə rəsmi “Twitter” səhifəsində paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Hakan Fidan XİN başçısı, Yaşar Gülər isə müdafiə naziri OLDU - FOTO
“Qardaş Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram! Azərbaycan-Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm”, - deyə nazir qeyd edib.
O,digər paylaşımında isə sabiq XİN başçısı Mövlud Çavuşoğluya gələcək işlərində uğurlar arzulayıb:
“Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım Mövlud Çavuşoğluna dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram!”.
Qardaş #Türkiyənin yeni xarici işlər naziri vəzifəsinə təyin edilmiş cənab Hakan Fidanı səmimi qəlbdən təbrik edir, bu şərəfli vəzifədə uğurlar arzulayıram!#Azərbaycan ??-#Türkiyə ?? arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənəcəyinə əminəm.@MFATurkiye
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 3, 2023
Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində böyük nailiyyətlərə imza atmış, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı naminə misilsiz xidmətləri olan qardaşım @MevlutCavusoglu-na dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıram! ???? pic.twitter.com/a2lincXUNo
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) June 3, 2023
Bizim.Media